Peşəkar İntellekt Liqası – Dövrə (2017)

Fərdi şəkildə PİL-in dövrə oyunları üçün verilmişdir. (05.03.2017)

3. Bir filmdə baş rol aktyorun ingilis aksenti filmin sonlarına yaxın kompyuter mühəndisi Dennis Klattın amerikan aksenti ilə əvəzlənir. Filmin kimə həsr edildiyini deyin. 

Cavab:Stiven Xoking

Sayılma meyarı:Dəqiq cavablar

Şərh:Əvvəl öz aksenti ilə danışan Xoking daha sonra öz səsini itirir və kompyuterdən səslənməyə başlayır. Həmin kompyuter səsi “Perfect Paul” adlandırılır, və ixtiraçısı kompyuter mühəndisi Dennis Klatt tərəfindən səsləndirilmişdir.

Mənbə: https://www.quora.com/What-voice-simulator-is-stephen-hawking-using

http://www.businessinsider.com/the-theory-of-everything-stephen-hawking-computer-voice-2015-2

4.İş mühitində fərdlərə olan inamsız münasibətin nəticəsində həmin fərdlərin fəaliyyətində zəifləmənin yaranması, və fərdin iş mühitinə zərər yetirməyə başlaması, daha sonra buna görə işdən çıxarılması X effekti adlanır.Talmuda əsasən Adəm ruh üfürülməmişdən qabaq X idi. X-I bir sözlə cavab kartınıza yazın.

Cavab:Golem

Sayılma meyarı: Dəqiq cavablar

Şərh: Bildiyiniz kimi, yəhudi mifində olan Golem həmişə inamsız yanaşma görür, bundan sonra bir 6-cı gün bütün insanlara qarşı qırğın edir və daha sonra da insanlar tərəfindən məhv edilir. Talmudun yəhudi müqəddəs kitabı olduğunu bilirik, Adəmin ruh üfürülməmişdən qabaq quru palçıq parçası kimi Golem olduğu iddia edilir.

Mənbəhttps://tr.wikipedia.org/wiki/Golem

https://en.wikipedia.org/wiki/Golem_effect

5. 17-ci əsrdə yaşamış X`in ixtiraçısı öz üzərində keçirdiyi sınaqlardan sonra demişdi ki, ona hətta ölkə krallığını təklif etsələr belə, bu qədər şok olmazdı. X prinsipi ilə işləyən silahlar hazırlayan Taser şirkəti statistikalara görə  hər il 75.000-ə yaxın insan ömrünü xilas edir. X-i biri Xüsusi isim olan iki sözlə deyin.

Cavab:Leyden bankası

Sayılma meyarı: Dəqiq cavablar

Şərh: Sualın birinci hissəsində şok almaq dedikdə real şok almaq nəzərdə tutulur. Professor Leyden bankası üzərində təcrübələr apararkən şok olmuşdu. Taser şirkəti Leyden bankası prinsipi ilə işləyən elektroşok silahları hazırlayır. Bu elektroşok silahları isə insan ölümünün daha azalmasına səbəb olur.

Mənbəhttps://en.wikipedia.org/wiki/Taser

https://www.lorentz.leidenuniv.nl/history/fles/fles.html

8. Bildiyiniz kimi, Peter Bregel ata 1566-cı ildə dini mövzuda “Betlehemdə əhalinin qeydə alınması” əsərini çəkmişdir.Siz isə bir müddət sonra 1567-ci ildə dini mövzuda çəkdiyi və hal-hazırda Britaniya Kral ailəsinə məxsus qalareyada saxlanan əsərin adını bir neçə sözlə cavab kartınıza yazmağınızı istəyirik.

Cavab:Günahsızların qətliamı

Sayılma meyarı: the massacre of the innocent və s.

Şərh: Məlum olduğu kimi Betlehem əhali qeydə alındıqdan sonra bütün uşaqların siyahısı çıxarılır, və bundan bir müddət sonra İsanın tapılması üçün bütün uşaqların öldürülməsinə başlanılır. Bu hadisə tarixə Günahsızların qətliamı kimi düşmüşdür.

Mənbəhttps://birazresimtaniyalim.blogspot.com.tr/2015/05/bethlehemde-nufus-saym-census-at.html

9. Dostoyevskinin yaradıcılığının əvvəllərində personajları əks etdirən müxtəlif rəsm əsərlərini görmək olar. X ilə işləməyə başladıqdan sonra bu rəsm əsərləri də yoxa çıxır. X-I bir yunan sözü ilə yazın.

Cavab: Stenograf

Sayılma meyarı: Dəqiq cavablar

Şərh: İlk əvvəl əsərlərini özü yazan Dostoyevski bu əsərlərin əlyazmalarında müxtəlif rəsmlər də çəkirdi. Daha sonra isə kasıbçılıq, və vaxt azlığı səbəbindən stenoqrafla işlədiyindən artıq bu məşğuliyyətindən əl çəkir. Bildiyimiz kimi, Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevna da stenoqraf idi.

Mənbə:  http://vesaire.org/ayn-rand-abdyi-nasil-ayartti/

11.Onun tərəfdarlarının arasında ABŞ Mərkəzi Ehtiyat Bankının 30 illik sədri, onunla tanışdıqdan sonra soyadını Blumentaldan Brandenə dəyişdirmiş məşhur özgüvən və individualizmi təbliğ edən filosof, iqtisadiyyatda altruism ideyasına qarşı çıxan president Reyqan və başqaları vardı. 1982-ci ildə onun cənazəsində dollar formada gül dəstəsi hazırladılmışdı. Onun kim olduğunu tapın.

Cavab: Ayn Rand

Sayılma meyarı: Dəqiq cavablar

Şərh: Ayn Rand kapitalizm ideyalarını möhkəmləndirən, fərdiyyətçilik prinsipinin əsasını qoyan, ABŞ-ın müasir insanların düşüncəsinə ən çox təsir edən şəxslərdən biri olaraq tanınır. Sualda verilən Blumental Ayn Randın sevgilisi olmuşdu, və onun adında BRanden-də Rand hissəciyini əlavə etdiyini görmək olar. Digər şəxslər isə məşhur kapitalistlərdi. Dollar da sizə kömək etməli idi.

Mənbəhttps://en.wikipedia.org/wiki/Ayn_Rand

20. TV seriyalardan birində qəhrəman kapitalist cəmiyyətini tənqid edərək bunun insanlarıi işçi kartları (badge) vasitəsilə sistemə bağladığını bildirir. Bunu birinci növ təyini söz birləşməsi ilə deyin.

Cavab: Görünməz əl

Sayılma meyarı: Dəqiq cavablar

Şərh: Kapitalizmin əsası olan görünməz əl bu vasitə ilə insanları bağlayır.

Mənbə: Mr Robot serialı

21. “Tanrının oğlu” filmində aktyor Anas Çerin bunu edib. Eyni filmin baş rolunu canlandıran aktyor Diogo Margado isə filmin 31-32ci dəqiqələrində bunu edir. Bunu etməklə əvəz etdiyimiz iki sözü cavab kartınıza yazın.

Cavab:Lazarı canlandırmaq

Sayılma meyarı: Oxşar cavablar

Şərh: “Tanrının oğlu” filmi İsa peyğəmbər haqqındadır. Həmin filmdə aktyor Anas Çerin Lazar rolunu canlandırır. Baş rol aktyoru isə İsa peyğəmbər kimi Lazarı canlandırır.

Mənbə: https://www.youtube.com/watch?v=hxOBdSW1p2U

https://en.wikipedia.org/wiki/Son_of_God_(film)

22.Silah ticarətindən danışılan filmdə qəhrəman qanunvericiliyə edilən sonuncu dəyişiklikdən sonra bütün sahibkarların qazanc üçün silah ticarətinə yönləndiyindən danışaraq yaranmış vəziyyəti X ilə müqayisə edir. X zamanı qadınların azlığı ABŞ-da homoseksuallığın genişlənməsinə səbəb olmuşdu. X-i iki sözlə deyin.

Cavab: Qızıl hərisliyi

Sayılma meyarı: Gold rush

Şərh: Gördüyümüz kimi insanlar bir axınla silah alverinə girişirlər. Eyni ilə Qızıl hərisliyi zamanı müxtəlif yerlərdən insanların Kaliforniyaya üz tutması kimi. Qızıl hərisliyi zamanı qadınların azlığı homoseksuallığın genişlənməsinə səbəb olmuşdu.

Mənbə: https://en.wikipedia.org/wiki/California_Gold_Rush

“War dogs” filmi.

23. Məşhur ABŞ-lı quldur Cessi Ceymsin həyatından bəhs edən əsərdə onun hər mağaza satıcısını, hər küçə süpürgəçisinin X ola biləcəyindən şübhələndiyi qeyd edilir. X-lərin sayı 19-cu əsrin sonlarında ABŞ ordusundan daha çox idi. X-I biri xüsusi isim olan iki sözlə yazın.

Cavab: Pinkerton detektivi

Sayılma meyarı: Pinkerton daxil olmaqla mənaya uyğun cavablar

Şərh: Məşhur detektiv orqanı olan Pinkerton agentliyi qulduru izləyirdi və buna görə də o, hər kəsin Pinkerton agenti ola biləcəyindən şübhələnirdi. 

Mənbə: http://www.script-o-rama.com/movie_scripts/a1/the-assassination-of-jesse-james-script.html

http://www.history.com/news/history-lists/10-things-you-may-not-know-about-the-pinkertons

Bir şərh yazın